“Qarabağa status verilmədən sülhdən danışmaq mümkün deyil” – Ayvazyanbackend

“Qarabağa status verilmədən sülhdən danışmaq mümkün deyil” – Ayvazyan

Ermənistanın yeni Xarici İşlər naziri Ara Ayvazyan Dağlıq Qarabağın “öz müqəddəratını təyinetmə” məsələsini yenidən gündəmə gətirib.

Hokm.az qazet.az-a istinadən xəbər verir ki, bu barədə o, fransız həmkarı ilə birlikdə təşkil etdiyi mətbuat konfransında bildirib.

Ayvazyan bir daha diqqətləri guya Dağlıq Qarabağ münaqişəsinin sadəcə ərazi məsələsi olmamasına, azərbaycanlıların bölgədə “etnik təmizləmə” həyata keçirmək istəmələrinə və Qarabağın “öz müqəddəratını təyinetmə” məsələsinə yönəldib.

“Yalnız bundan sonra sülhdən danışmaq mümkün ola bilər”, – erməni XİN rəhbəri vurğulayıb.

  •  (0)
  •  (0)