Qarabağ separatçılarının “lideri” ifadəyə çağırıldıbackend

Qarabağ separatçılarının “lideri” ifadəyə çağırıldı

Qarabağda yaradılmış qondarma rejimin “lideri” Araik Arutyunyan cinayət işi ilə bağlı ifadə vermək üçün prokurorluğa çağırılacaq.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, o, “konstitusion rejimin devrilməsi cəhdi” ilə bağlı davam edən cinayət işi zamanı ifadə verəcək.

Qeyd olunur ki, A.Arutyunyanın ifadəyə çağırılacağı tarix tezliklə elan olunacaq.

  •  (0)
  •  (0)