“Qarabağ” “Səbail”ə, “Neftçi” “Sumqayıt”a qarşıbackend

“Qarabağ” “Səbail”ə, “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək. “Neftçi” öz meydanında “Sumqayıt”ı, “Səbail” isə “Qarabağ”ı qəbul edəcək.

Qeyd edək ki, ötən gün “Zirə” “Sabah”la bərabərə (1:1) qalıb. “Keşlə” isə səfərdə “Qəbələ”ni 4:0 hesabıyla darmadağın edib.

1 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası, III tur

19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev

21:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Cavanşir Yusifov, Rəhim Həsənov

Hokm.az

  •  (0)
  •  (0)