Qarabağ Regional Memarlıq İdarəsinin rəisi kimdir?backend

Qarabağ Regional Memarlıq İdarəsinin rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun əmri ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə dövlət büdcəsindən vəsait ayrılacaq. 
Qaynarinfo-nun araşdırmasına görə, Azərbaycan Prezidentinin 12.08.2021-ci il tarixli Fərmanı ilə yaradılan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin artıq strukturu formalaşdırılıb.
İdarənin rəisi İlqar Sadıqov təyin olunub.
Qeyd edək ki, İlqar Sadıqov bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin sədr müavini vəzifəsini tutub.
Xatırladaq ki, idarənin yaradılmasında məqsəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsidir.
  •  (1)
  •  (1)