“Qarabağ” Qurban Qurbanovla müqaviləni uzatdıbackend

“Qarabağ” Qurban Qurbanovla müqaviləni uzatdı

“Qarabağ” FK və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılıb.

Hokm.Az bildirir ki, yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il komandamızın baş məşqçisi olacaq.

Qurban Qurbanov 2008-ci idən komandamızı çalışdırır. “Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.

  •  (0)
  •  (0)