“Qarabağ” Avropa Liqası üçün iştirak ərizəsini açıqladı (FOTO)backend

“Qarabağ” Avropa Liqası üçün iştirak ərizəsini açıqladı (FOTO)

“Qarabağ” komandasının UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsi açıqlanıb.

Hokm.az xəbər verir ki, Qurban Qurbanov siyahıya 25 futbolçu əlavə edib.

Bunlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi və 4-ü hücumçudur.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin görüşləri 8 sentyabr – 3 noyabr tarixləri arasında keçiriləcək. “Qarabağ” G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) komandaları ilə üz-üzə gələcək.

  •  (2)
  •  (1)