“Qara qızıl” bahalaşıbbackend

“Qara qızıl” bahalaşıb

Dünyada neftə olan tələbin yüksək qalması “qara qızıl”ın 1%-dən çox bahalaşmasına səbəb olub.

Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 1,14% bahalaşaraq, 1 bareli 88,51 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 1,24% artaraq, 1 bareli 85,88 ABŞ dolları təşkil edib.
Treyderlər OPEC-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları barədə hesabatına diqqət yetirirlər. Belə ki, noyabr ayında OECD ölkələrinin ehtiyatları son 5 ilin orta səviyyəsindən 247 milyon barel az olub.
Koronavirusun “Omikron” ştamına yoluxma hallarının geniş yayılmasına rəğmən dünyada neftə olan tələb sabit olaraq qalmaqdadır.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə 3 neft çəninin partladılması bazara müsbət təsir edən digər bir amildir.
  •  (0)
  •  (0)