Koronavirus peyvəndi üzərində çalışan 45 yaşlı alim Aleksandr Kaqanskinin müəmmalı ölümü Rusiyada qalmaqala səbəb olub.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, Aleksandr Kaqanskinin 14-cü mərtəbədəki mənzilindən özünü ataraq intihar etdiyi zənn edilsə də, daha sonra onun meyitinin üzərində bıçaq izləri aşkarlanıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb. Polis Kaqanskinin 14-cü mərtəbədən düşmədən öncə evdə bir adamla əlbəyaxa olduğunu ehtimal etdiklərini açıqlayıb.
Həkimin peyvənd istehsalı ilə məşğul olan şirkətlər tərəfindən öldürüldüyü ilə bağlı iddialar var.