Qalib Azərbaycan əsgərinin Şuşada azan oxumasına Qazaxıstan və Tacikistandan da alqışlar gəldi…backend

Qalib Azərbaycan əsgərinin Şuşada azan oxumasına Qazaxıstan və Tacikistandan da alqışlar gəldi…

Azərbaycan ordusunun erməni işğalından azad etdiyi Şuşa məscidində səsləndirilən ilk azanın -namaza çağırışın videosu dünya müsəlmanları arasında da coşqun reaksiyalara səbəb olub. Videoda hərbçi Azərbaycanın üçrəngli bayrağının ucaldıldığı minarədən azan oxuyur. Son 28 ildə  azan səsi ilk dəfə Şuşanın hər yerinə yayılır…
Hokm.az moderator.az-a istinadla xəbər verir ki, video-görüntülərə  Azərbaycandan savayı digər müsəlman, türk ölkələri sakinləri tərəfindən də yüzlərlə şərh yazılıb.
Məsələn:
“ALLAHIN mərhəməti üzərinizdə olsun, əziz müsəlman qardaşlar! Bu- Dirçəlişdir!!! “,”Sizlərə sülh və firavanlıq arzulayırıq!  Ruhumuz sevinir- Tacikistandan salamlar! “Əssalamu əleykum və rəhmətullahi və bərəkatuh!- Qazaxıstan alqışlayır… ”
  •  (0)
  •  (0)