“Qalatasaray” Fatih Terimlə yeni müqavilə imzaladıbackend

“Qalatasaray” Fatih Terimlə yeni müqavilə imzaladı

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini artırıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərinin hər birində 18 milyon türk lirəsi maaş alacağı bildirilib.

Qeyd edək ki, F.Terim 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.

Hokm.az

  •  (0)
  •  (0)