“Qalatasaray”da oynamış futbolçu “Fənərbağça”ya gəlir: Məşhur baş məşqçi ilə birgəbackend

“Qalatasaray”da oynamış futbolçu “Fənərbağça”ya gəlir: Məşhur baş məşqçi ilə birgə

“Qalatasaray”da oynamış futbolçu “Fənərbağça”ya gəlir: Məşhur baş məşqçi ilə birgə

Koronavirus pandemiyası səbəbi ilə yaranan fasilədə “Fənərbağça” klubu ilk olaraq baş məşqçi məsələsini həll etməyi düşünür.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi “Roma” klubunun keçmiş çalışdırıcısı Eysebio Di Françesko ilə anlaşmaq üzrədir. Erol Bulut və Vilmost kimi məşqçilərin də adı “sarı larcivərtlilər”lə hallansa da, komandanın italiyalı mütəxəssislə razılaşacağı gözlənilir.

50 yaşlı baş məşqçi “Fənərbağça”ya gələcəyi təqdirdə özü ilə 3 futbolçu gətirəcək. Həmin futbolçular Xavyer Pastore, Maksime Qonalons və “Qalatasaray”da icarə əsasında çıxış edən Stiven Nzonzidir.

İtaliyanın məşhur radiolarından olan “Radio Kiss Kiss” artıq “Fənərbağça” ilə Di Françeskonun razılığa gəldiyini və hətta, futbolçuların keçidinin də həll ediləcəyini elan edib.

  •  (1)
  •  (0)

!Smartbee

!Smartbee