Qadını vurub öldürən maşın yoldan çıxıb aşdıbackend

Qadını vurub öldürən maşın yoldan çıxıb aşdı

Oktyabrın 27-də saat 15 radələrində Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində ağır yol qəzası baş verib.

Hokm.az xəbər verir ki, Yenikənd kənd sakini V.Cənnətov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən kənd sakini Narıngül Səbzəliyevanı vurub və sonradan nəqliyyat vəsitəsini aşırıb. Nəticədə piyada hadisə yerində ölüb.

Sürücü isə xəstəxanaya yerləşdirilib.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)