Qadın sevgilisinə görə ailəsindən 7 nəfəri öldürdü – FOTObackend

Qadın sevgilisinə görə ailəsindən 7 nəfəri öldürdü – FOTO

Qadın sevgilisinə görə bütün ailə üzvlərini qətlə yetirib.

Hokm.az milli.az-a istinadla bildirir ki, 7 nəfəri öldürən Şəbnəm Əli adlı qadın edam olunacaq.

Dəhşətli hadisə Hindistanda baş verib. Şəbnəm sevgilisi ilə ailə qurmağına narazılıq edən ailə üzvlərini bir-bir öldürüb.

Sevgilisindən hamilə qalan Şəbnəm həbsxanadaykən uşaq dünyaya gətirib. 2010-cu ildə ona edam cəzası verilib.

Lakin qadın həbsxanada dünyaya gətirdiyi uşağına baxmağını əsas gətirərək edam cəzasının ləğvini tələb edib. Məhkəmə isə onun şikayətini qəbul etməyib.

Hazırda onun həbsxanada dünyaya gələn oğlunun 12 yaşı var.

Qeyd edək ki, Şəbnəm valideynləri ilə yanaşı 10 aylıq körpəni də öldürüb.

  •  (0)
  •  (0)