Qadın koronavirusu ağır keçirərsə, sonsuzluq yarana bilər – AÇIQLAMAbackend

Qadın koronavirusu ağır keçirərsə, sonsuzluq yarana bilər - AÇIQLAMA

“Reproduktiv dövrdə COVİD keçirən qadınlarda sonsuzluq yaranması haqqında məlumat hələ sübut olunmayıb”.

Hokm.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva COVİD-in sonsuzluq yaratmasından danışarkən deyib.

Həkimin bildirdiyinə görə, COVİD ölümlə nəticələnirsə, reproduktiv dövrdə olan qadınlarda sonsuzluq yaratmaq ehtimalı da çoxdur:

“Bu 15 yaşdan 45 yaşa qədər olan qadınlarda müşahidə oluna bilər. Əgər bu müddət ərzində qadın COVİD-i ağır keçirdərsə, belə qadınlarda sonsuzluq yaranması ehtimalı var. Amma bunun sübut olunması lazımdır”.

Qeyd edək ki, Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov mətbuata açıqlamasında “koronavirus sonsuzluq yaradır” deyə bildirib.

  •  (0)
  •  (0)