Putinlə Merkel Kremldə görüşürbackend

Putinlə Merkel Kremldə görüşür

Kremldə Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya və Almaniya liderləri müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı və perspektiv imkanları müzakirə edir.

Bununla yanaşı, bir sıra beynəlxalq və regional məsələləri, o cümlədən koronavirus pandemiyası ilə mübarizə, Ukraynanın şərqindəki münaqişə, Belarus ətrafında cərəyan edən hadisələr və Əfqanıstandakı vəziyyəti nəzərdən keçirmək niyyətindədirlər.

  •  (0)
  •  (0)