Putinin hədəsi qəbul edilmədi – Müdafiə naziri Ukraynaya “M-270” göndərəcəklərini açıqladıbackend

Putinin hədəsi qəbul edilmədi – Müdafiə naziri Ukraynaya “M-270” göndərəcəklərini açıqladı

“Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin yeni hədələrinə baxmayaraq, Ukraynaya “M-270” reaktiv yaylım atəş sistemi verəcək”.

Hokm.az  Redaktor.az-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Nazir vurğulayıb ki, məhz belə silah Ukraynaya Rusiya təcavüzündən müdafiəyə kömək edə bilər.

Məlumata görə, 3 qurğunun göndəriləcəyi gözlənilir. Bildirilib ki, “M270 MLRS” ABŞ istehsalıdır. Britaniya bu sistemin Ukraynaya tədarük edilməsini ştatlarla razılaşdırıb.

Bir müddət əvvəl Britaniyanın qeyri-müəyyən sayda “M-270” qurğusu tədarük edəcəyi bidirilirdi. Bu sistem 80 km məsafədə yerləşən hədəfi vura bilir.

Qeyd edək ki, Vladimir Putin silah göndəriləcəyi halda Ukrayna ərazisinə yeni-yeni zərbələr endirəcəklərini bildirmişdi.

  •  (0)
  •  (1)