Putindən Qazaxıstanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: İmkan verməyəcəyik!backend

Putindən Qazaxıstanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: İmkan verməyəcəyik!

Qazaxıstan öz dövlətçiliyi üçün təhlükə ilə üz-üzədir.

Hokm.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

“Qazaxıstandakı vəziyyət hamımızı narahat edir. Qazaxıstana hücum təcavüz aktıdır, buna gecikmədən reaksiya vermək lazım idi”, – Putin bildirib.

O bildirib ki, öz funksiyalarını yerin yetirdikdən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti Qazaxıstandan çıxarılacaq.

Putin qeyd edib ki, sülhməramlı kontingent məhdud müddət ərzində Qazaxıstanda qalacaq: “Qazaxıstana təhdid etiraz aksiyaları ilə deyil, əlinə silah alanlar tərəfindən yarandı. Qazaxıstan beynəlxalq terrorçuluqla üz-üzə qaldı”, – deyə o bildirib.

Putin sözlərinə belə davam edib: “Əminəm ki, ən qısa zamanda Qazaxıstanda vəziyyət stabilləşəcək. Qazaxıstandakı hadisələr kənar müdaxilələrin nə ilk, nə də son nümunəsidir. Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik”

  •  (0)
  •  (0)