Putindən NATO-ya təklifbackend

Putindən NATO-ya təklif

Rusiya Prezidenti Vladimir Putin NATO-nu (North Atlantic Treaty Organization) Avropada orta və qısa mənzilli yerüstü raketlərin yerləşdirilməsinə dair moratorium elan etməyə çağırıb.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki,bu barədə Kremlin rəsmi saytında qeyd olunur.

Rusiya lideri bildirib ki, orta və qısa mənzilli raketlərin (INF) ləğvi ilə bağlı Rusiya-ABŞ müqaviləsi Avropa üçün əhəmiyyətli olub, amma ABŞ-ın ondan çıxması böyük səhvdir.

Putin qeyd edib ki, ittifaqın qarşılıqlı addımlarına tabe olaraq, “İskəndər-M” kompleksinin “9M729” raketlərini Avropada yerləşdirməyəcəyinə söz verir.

O, Kalininqrad bölgəsindəki “9M729” raketlərinin, ABŞ və NATO-nun Avropadakı bazalarında “Mk-41” raketləri ilə “Aegis Ashore” komplekslərinin INF parametrlərinə uyğunluğunu yoxlamağı təklif edib.

“Bütün maraqlı ölkələri Asiya-Sakit Okean bölgəsinə tətbiq edildiyi kimi “INF Müqaviləsi olmayan dünyada” sabitliyin qorunması və raket böhranlarının qarşısının alınması üçün sxemlər axtarmağa çağırırıq. Bu istiqamətdə ortaqlığa açığıq”.

Raket müqaviləsi 2 avqust, 2019-cu ildə ləğv edilib.

  •  (0)
  •  (0)