“Putin yumruğunu masaya çırparaq dedi ki…” – İndi hamımız başımızı aşağı salıb oturmuşuqbackend

“Putin yumruğunu masaya çırparaq dedi ki…” – İndi hamımız başımızı aşağı salıb oturmuşuq

Rusiya Prezidenti Vladimir Putin mədəndə işləyənlərin iş şəraiti ilə bağlı hesabata kəskin reaksiya verib və xatırladıb ki, hələ 2010-cu ildə mədənçilərin təhlükəsizliyini təmin etmək üçün göstərişlər verib.
 
Hokm.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri yazıb.
“Onlar risk edirlər. Biz isə elə şərait yaratmalıyıq ki, riskə ehtiyac olmasın. Bizim 2010-cu ildə verdiyimiz qərarların mənası bu idi”, – Putin yumruğunu masaya çırparaq deyib.
İstintaq orqanlarının hesabatını oxuyan Putin bildirib ki, “Listvajnaya” şaxtasında baş vermiş qəzadan əvvəl qaz sensorlarının göstəriciləri saxtalaşdırılıb:
“Qazın normadan artıq çirklənməsi faktının gizlədilməsi üçün sistemli tədbirlər həyata keçirilib, bu məlumatlar saxtalaşdırılıb. Bunu kimsə edib. Nə üçün? Daha çox çıxarmaq və xaricə göndərmək üçün? Nəticə nə oldu? Faciə. İndi hamımız başımızı aşağı salıb oturmuşuq”.
Qeyd edək ki, noyabrın 25-i səhər 285 nəfərin olduğu “Listvajnaya” mədənində tüstülənmə və partlayış baş verib. Hadisə nəticəsində 52 nəfər ölüb.axar.az
  •  (1)
  •  (0)