Putin üçün təcili telefon axtarışı: “Çəkin, sonra məhv edin” – KREMLDƏN TƏLİMATbackend

Putin üçün təcili telefon axtarışı: “Çəkin, sonra məhv edin” – KREMLDƏN TƏLİMAT

Putin üçün təcili telefon axtarışı: “Çəkin, sonra məhv edin” – KREMLDƏN TƏLİMAT

Hokm.az bildirir ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin Kommunarkada xəstəxananı ziyarət etdiyi zaman çəkilən görüntü müzakirə edilirdi.

Görüntünü Kremlin mətbuat katibi Dmitri Peskovun xahişi və təlimatı əsasında xəstəxananın həkimlərindən biri çəkib. Ona telefonu Peskov verib və görüntüləri göndərdikdən sonra məhv etməyi tapşırıb.

İndi isə Peskov telefon axtarışı zamanı üzləşdiyi maraqlı məqamlardan danışıb. Bildirib ki, həmin zaman insanların Putinin xəstəxananı necə ziyarət etdiyini görməsi vacib idi. Hansı ki, həmin xəstəxanada koronavirus xəstələri müalicə olunur. “Həmin an üçün çəkilişin necə aparılması maraqlı deyildi”,- deyə Peksov telefon axtarışında olmasından danışıb. O, bildirib ki, ekstern qaydada telefon axtarılıb və tapılıb.

Xatırladaq ki, Putin xəstəxanaya 24 martda gedib. Orada onun əyninə sarı rəngli kombinezon və baxıl geyindiyi görüntülənib. Daha sonra məlum olub ki, çəkilişi yaşlı həkimlərdən biri Peskovun xahişi ilə aparıb. Çünki mətbuat katibi xəstəxanaya buraxılmayıb.

“Görüntüləri “Telegram” vasitəsilə göndərin, orada ancaq bircə kontakt var – Dima. Bu mənəm. Sonra isə telefonu məhv edin”,-deyə Peskov qadına bildirib.

Xatırladaq ki, Rusiyada 1534 koronavirus xəstəsi var. 64 nəfər sağalıb.cebhe.info

  •  (0)
  •  (0)