Putin: “Tərəflər nəqliyyat dəhlizlərinin açılması barədə razılığa gəliblər”backend

Putin: “Tərəflər nəqliyyat dəhlizlərinin açılması barədə razılığa gəliblər”

Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli görüşdən sonra nəqliyyat dəhlizlərinin açılması ilə bağlı razılığın əldə olunduğunu bəyan edib.

“Biz iqtisadi məsələlər, iqtisadi əlaqələrin inkişafı haqqında çox ətraflı danışdıq və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin açılmasını müzakirə etdik. Bu, həm dəmir yolları, həm də avtomobil yollarına aiddir”, – deyə Putin danışıqlardan sonra bildirib.

“Hesab edirəm ki, burada xeyli müddətdir bu məsələlərlə məşğul olan bizim baş nazir müavinlərimizə təşəkkür etmək lazımdır”, – deyə o əlavə edib.

  •  (1)
  •  (0)