Putin Şoyqu və Narışkinə tələb qoydu: Yaxın Şərqdə…backend

Putin Şoyqu və Narışkinə tələb qoydu: Yaxın Şərqdə…

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə Yaxın Şərq bölgəsi ilə sərhədlər yaxınlığındakı vəziyyətin müzakirəsini təklif edib.

Hokm.az-ın məlumatına görə, bu barədə RİA “Novosti” xəbər verib.

“Mövzu burada iştirak edənlərin hamısına yaxşı məlumdur. Gəlin, sərhədlərimizin yaxınlığında, Yaxın Şərq bölgəsində baş verən hadisələrdən danışaq. Rusiya ənənəvi olaraq dünyanın bu bölgəsinə böyük diqqət ayırır. Orada bir çox dost və ortaq maraqlarımız var”, – Putin deyib.

 

O, Yaxın Şərq ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Bu, xarici iqtisadi əlaqələrimizin inkişafı üçün perspektivli bölgədir və ənənəvi olaraq bizim üçün dostdur”.

Rusiya Müdafiə naziri Sergey Şoyqu və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin V.Putinin tələbi əsasında Yaxın Şərq bölgəsi ilə sərhədlər yaxınlığındakı vəziyyət barədə məlumat verəcəklər.Publika.az

 

  •  (1)
  •  (5)