“Putin onların ayağına atəş açmayacaq” – Peskov Rusiya prezidenti ilə bağlı qorxusundan danışdıbackend

“Putin onların ayağına atəş açmayacaq” – Peskov Rusiya prezidenti ilə bağlı qorxusundan danışdı

Peskov Putinin tənqidlərini “dərhal yaşamaq həvəsim ölür” sözlərilə ifadə edib.

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov, dövlət başçısı Vladimir Putinin tənqidlərinə münasibət bildirib.

Hokm.az xəbər verir ki, bu barədə o, “Rossia 1”-in aparıcısı Vladimir Solovyovla müsahibəsində danışıb. Həmin söhbətin fraqmentləri Soloviev LİVE” YouTube kanalına yerləşdirilib.

“Prezidentin ciddi tənqidlərinə məruz qaldığım vaxtlar olub”,-deyən Peskov, həmçinin əlavəedib ki, “dərhal yaşamaq həvəsim ölür”.

Eyni müsahibədə Peskov, Moskvanın Ukraynadan intiqam almaq ehtimalını istisna edib. Kremlin sözçüsü, Putinin “qırmızı xətləri” keçən tərəfdaşlarından qisas almaq üçün onların “ayağına atəş açmayacağını” bildirib.Sfera.az

  •  (0)
  •  (0)