Putin İran prezidenti ilə bu məsələləri müzakirə edəcəkbackend

Putin İran prezidenti ilə bu məsələləri müzakirə edəcək

Kreml Rusiya və İran liderlərinin danışıqlarında gündəlikdə duran məsələləri açıqlayıb.

Hokm.az xəbər verir ki, Kremlin mətbuat xidməti Vladimir Putin və İbrahim Rəisinin yanvarın 19-da keçiriləcək danışıqlarda iqtisadi, beynəlxalq və regional mövzularla bağlı birgə layihələrin reallaşdırılmasını müzakirə edəcəyini bildirib.

“Putin və Rəisi İranın nüvə proqramı ilə bağlı Birgə hərtərəfli fəaliyyət planının icra edilməsi problemini də müzakirə edəcəklər”- deyə Kremlin məlumatında qeyd olunub.Publika.az

  •  (0)
  •  (0)