Rusiya Ukraynanın işğal edilən ərazilərində yaşayanlara vətəndaşlıq verəcək.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı Fərman imzalayıb.Rusiya ələ keçirdiyi bölgələri ruslaşdırmaq məqsədilə nəzarətində olan ərazilərdə yaşayanlara Rusiya vətəndaşlığının verilməsinə qərar verib.
Putin Zaporojya və Xersondakı ukraynalılara vətəndaşlıq verilməsi haqqında fərmanı təsdiqləyib.