Putin əsirlərin mübadiləsinə görə Türkiyə Prezidentinə təşəkkür etdibackend

Putin əsirlərin mübadiləsinə görə Türkiyə Prezidentinə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğan və V.Putin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş əsirlər mübadiləsini, Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı R.T.Ərdoğana rusiyalı pilot Konstantin Yaroşenkonun amerikalı Trevor Rid ilə dəyişdirilməsi prosesini təşkil etdiyinə görə təşəkkür edib.

Danışıq zamanı Türkiyə Prezidenti İstanbul danışıqlarında əldə edilən sürəti artıraraq bölgədə ən qısa zamanda qalıcı sülhün bərqərar olmasını istədiklərini dilə gətirib.oxu.az

  •  (0)
  •  (0)