Qarabağda vəziyyət qənaətbəxşdir, regionda təhlükəsizliyin təmin olunması baxımından müəyyən razılaşmalar var, baxmayaraq ki, bir sıra problemlər qalmaqdadır.
Bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlarda deyib.
Bütövlükdə Rusiya prezidenti Qarabağ münaqişəsini hələ tam həll olunmasa da, həll olunmuş kimi qiymətləndirib.
“Hesab edirəm ki, indiki vəziyyətdə yaranan problemlərə baxmayaraq, biz hələ də razıyıq ki, hazırkı səviyyəyə çatmışıq. Artıq təhlükəsizliyinin təmin edilməsi baxımından müəyyən razılaşmalar var. Orada, həm də ticarət-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması və s. müzakirə obyektidir. Bilirəm ki, hələ mübahisələr, görüləcək işlər var, lakin biz də öz tərəfimizdən bu prosesin davam etməsi üçün hər şeyi edəcəyik”, – Putin bildirib.
















