Rusiya prezidenti Putin səs-küyə səbəb olacaq addım atıb.
Sfera.az bildirir ki, Kiyev kəşfiyyat mənbələri tərəfindən Buça qətliamının baş şübhəlisi kimi qiymətləndirilən 64-cü motoatıcı briqadanın komandiri, polkovnik-leytenant Azatbek Omurbekov və onun tabeliyində olan əsgərlərlə bağlı qərar qəbul edilib.
Belə ki, Putin 64-cü motoatıcı briqadaya “qvardiya” rütbəsi verib.
Rusiya prezidentinin imzaladığı sərəncamda sözügedən birliyin ölkənin və dövlət maraqlarının qorunmasında kütləvi qəhrəmanlıq göstərdiyi bildirilib. Putinin bu addımı qısa zamanda dünya ictimai rəyində reaksiyalara səbəb olub.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Buça şəhərində həlak olan mülki şəxslərin görüntülərinin ABŞ-ın Rusiyaya impiçment elan etmək planının bir hissəsi kimi təqdim edildiyini açıqlamışdı. Nazirliyin sözçüsü Mariya Zaxarova dövlət televiziyasına verdiyi müsahibədə, “Təxribatın ustaları kimlərdir? Təbii ki, ABŞ və NATO”, deyə söyləmişdi. Rusiya Müdafiə Nazirliyi isə Buçadan olan görüntülər üçün “təxribat və uydurma” ifadəsini işlətmiş və rus əsgərlərinin bölgənin bir sakininə də zərər vermədiyini, əksinə, mülki insanlara humanitar yardım payladığını əlavə etmişdi.