Püşk atıldı: İlk turda Məmmədyarov Aronyana qarşıbackend

Püşk atıldı: İlk turda Məmmədyarov Aronyana qarşı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov beynəlxalq turnirə bu yaxınlarda Ermənistan vətəndaşlığından imtina edən Levon Aronyanla görüşlə başlayacaq.

Hokm.az xəbər verir ki, şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsinin püşkü atılıb.

İlk turda digər təmsilçimiz Teymur Rəcəbov Niderland təmsilçisi Aniş Qiri ilə qarşılaşacaq. Teymur ağ, Şəhriyar qara fiqurlarda oynayacaq.

Şəhriyarla Teymurun bir-biri ilə görüşü isə XIII tura təsadüf edəcək.

Qeyd edək ki, 220 min dollar mükafat fondu olan yarışa martın 13-ü start veriləcək.

  •  (0)
  •  (0)