Professor Şahbaz Şahbazov tanınmış ilahiyyatçını necə aldadıb? – 300 min dollarlıq qalmaqal +VİDEObackend

Professor Şahbaz Şahbazov tanınmış ilahiyyatçını necə aldadıb? – 300 min dollarlıq qalmaqal +VİDEO

Tanınmış axund – ilahiyyatçı İbişzadə Rəhman Əlisalam oğlu Azinforum.az İnformasiya Portalına verdiyi videomüsahibədə iddia edir ki, hazırda Türkiyədə yaşayan, Azərbaycan Tibb Universitetinin sabiq professoru, Şahbaz Şahbazov tərəfindən aldadılıb. İlahiyyatçının sözlərinə görə, Şahbaz Şahbazov və onun həyat yoldaşı Arzu Şahbazovanın əlbir fəaliyyətləri nəticəsində Bakının Həsən Əliyev küçəsindəki ona məxsus mağaza əlindən alınıb. 7 il davam edən qalmaqaldan sonra, axund öz hüquqlarını məhkəmədə müdafiə etmək qərarına gəlib. Nəsimi Rayon Məhkəməsi ilahiyyatçının haqlı olduğunu təsdiq edən Qətnamə çıxarıb. Bundan sonra Şahbaz Şahbazov videomüraciət yayaraq, məhkəmə qərarının ədalətsiz olduğunu, həmin qətnamənin kimlərinsə sifarişi əsasında çıxarıldığını bildirib. Azinforum.az İbişzadə Rəhmanın bütün bu məsələlərə aydınlıq gətirdiyi videomüsahibəni təqdim edir:

Mövzu ilə bağlı Şahbaz Şahbazov və Arzu Şahbazovanın da mövqeyinə yer verməyə hazırıq.

  •  (1)
  •  (2)