Prezidentin köməkçisindən metro AÇIQLAMASI: “Sentyabrın 15-nə qədər bu məsələyə baxılacaq”backend

Prezidentin köməkçisindən metro AÇIQLAMASI: “Sentyabrın 15-nə qədər bu məsələyə baxılacaq”

Sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Bakıda metropolitenin açılması ilə bağlı müzakirələr gedir.

Hokm.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, bununla bağlı ölkə ictmaiyyətinə əlavə məlumat veriləcək.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, metro ilə əlaqədar ekspertlər müxtəlif potensial risk amillərinin olduğunu bildirir: “Metroda ventilyasiya və dar, qapalı məkan olması müəyyən qədər ehtiyatlı davranmağa əsas verir. Sentyabrın 15-nə qədər bu məsələlərə yenidən baxılacaq”.

H.Hacıyev əlavə olaraq qeyd edib ki, yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi saxlanılır, həftə sonları ictimai nəqliyyat işləməyəcək.

  •  (1)
  •  (1)