Prezidentin köməkçisi: “Vaksinlərin milliləşdirilməsi problemi var”backend

Prezidentin köməkçisi: “Vaksinlərin milliləşdirilməsi problemi var”

“Pandemiya başlayanda kifayət qədər pərakəndə yanaşmalar nümayiş olunurdu”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinarda Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr vaksinasiya prosesinə başlayıb: “Əhalinin risk kateqoriyası məsələsində də konkret yanaşmaları müşahidə edirik. Hər bir fərd təhlükəsiz olmalıdır. Vaksinlərin milliləşdirilməsi problemi var. BMT-nin Baş katibi də bu məsələyə toxunub. Bu kimi meylləri biz də müşahidə edirik. İlkin mərhələdə 90% vaksinlər daha yüksək gəlirli ölkələr tərəfindən alınıb”.

H. Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidentinin də son müsahibələrində qeyd etdiyi kimi, qabaqcıl ölkələr vaksinin paylanmasında razılığa gələ bilmir.

O qeyd edib ki, qlobal vaksinasiya proqramı hamının təhlükəsizliyini və hamı üçün bərabər imkanlar yaradılmasını təmin etməlidir.

  •  (0)
  •  (0)