Prezidentin köməkçisi rəsmən açıqladı: Bu tarixdən etibarən açılırbackend

Prezidentin köməkçisi rəsmən açıqladı: Bu tarixdən etibarən açılır

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

Hokm.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir:

“Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır.

Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

  •  (0)
  •  (0)