Prezidentin köməkçisi: “Ermənistan ordusunun Bərdəyə raket hücumu nəticəsində ölənlər arasında bir azyaşlı var”backend

Prezidentin köməkçisi: “Ermənistan ordusunun Bərdəyə raket hücumu nəticəsində ölənlər arasında bir azyaşlı var”

“Ermənistanın Azərbaycanın Bərdə rayonuna endirdiyi raket zərbəsi nəticəsində ölənlər arasında bir azyaşlı var”.

Hokm.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin uşaq öldürmə siyasəti və müharibə cinayətləri davam edir. Raket hücumu nəticəsində meydana gələn yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülür”, – deyə H. Hacıyev qeyd edib.

  •  (0)
  •  (0)