Prezidentin köməkçisi: “Araik Arutunyan gizləndiyi bunkerdə ağır yaralanıb”backend

Prezidentin köməkçisi: “Araik Arutunyan gizləndiyi bunkerdə ağır yaralanıb”

“Araik Arutunyan (“DQ prezidenti”) ordumuz tərəfindən endirilmiş zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanıb”.

Hokm.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Xankəndi ətrafında düşmənin hərbi atəş nöqtələri sıradan çıxarılmışdır:

“Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir.

Mən buradan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”.

  •  (0)
  •  (0)