Prezidentin bu gün imzaladığı SƏRƏNCAM nələri dəyişəcək? – Azərbaycanın 16 rayonunda…backend

Prezidentin bu gün imzaladığı SƏRƏNCAM nələri dəyişəcək? – Azərbaycanın 16 rayonunda…

Azərbaycanda günəş elektrik stansiyalarının sayı və istehsal gücü ildən-ilə artır.

2013-cü ildə günəş stansiyalarının ümumi istehsal gücü 1 MVt olduğu halda 2016-cı ildə 25 milyon MVt, 2019-cu ildə 35,4 MVt, 2020-ci ildə 37 milyon MVt-ı ötüb.

Hokm.az bildirir ki, stansiyaların gücünün artması burada istehsal edilən elektik enerjisinin də həcminə müsbət təsir edir. Belə ki, 2013-cü ildə günəş elektrim stansiyalarında 0,8 milyon kVt/saat elektrik enerjisi istehsal edildiyi halda 2016-cı ildə 35,38 milyon kVt/saat elektrik enerjisi, 2019-cu ildə 44,2 milyon kVt/saat, 2020-ci ildə 47 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. 2013-cü ildən bəri günəş elektrik stansiyalarında istehsal 59 dəfə, son 5 ildə 1,3 dəfə artıb.

Ötən il 16 rayonda potensial günəş elektrik stansiyaları üçün yerlərin seçilməsi məqsədilə ilkin tədqiqat işləri aparılır, 11 rayonda ümumi sahəsi 9218 ha və güc qoyuluşu potensialı 4609 MVt olan 20 ərazi seçilib. Bu ərazilərdən enerji istehsalı proqnoza görə 6,1 milyard kVt/saat ola bilər. Ərazilərin digər regional inkişaf planları ilə uyğunlaşdırılması və prioritetli ərazilərin müəyyən edilməsi üçün Energetika Nazirliyində İşçi Qrupu yaradılıb. Hazırda İşçi Qrupu tərəfindən ərazilərin prioritetləşdirməsi işləri aparılır.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikilməsi haqqında sərəncam imzalayıb. Sfera.az

  •  (2)
  •  (0)