Prezidentə qarşı sabotaj, yoxsa “tolerantlıq” nümunəsi?.. – Erməni müğənni Zara Mqoyanın Bakıya gətirilməsinin PƏRDƏARXASI…backend

Prezidentə qarşı sabotaj, yoxsa “tolerantlıq” nümunəsi?.. – Erməni müğənni Zara Mqoyanın Bakıya gətirilməsinin PƏRDƏARXASI…

Natiq Miri: “Ermən müğənninin Bakıya səfəri milləti təhqir etməkdən başqa bir şey deyil”

İlham İsmayıl: “Məqsəd burada xalqı alçaltmaqdan başqa bir şey deyil”

Artıq bir neçə gündür ki, erməni əsilli rusiyalı müğənni Zara Mqoyanın Bakıda keçiriləcək musiqi festivalında iştirak edəcəyi ilə bağlı xəbər ölkə ictimaiyyəti tərəfindən kəskin qəzələ qarşılanıb. Şəhid anaları, ictimai fəallar, qadın təşkilatları erməni müğənnin gəlişinə etiraz edirlər. Məsələyə sosial şəbəklərlərdə də kəskin reaksiyalar var. Hətta dünən Qarabağ Azadlıq Təşkilatının bir qrup qadın üzvü 26-29 iyul 2018-ci il tarixində Bakıda keçiriləcək “Jara-2018” festivalında erməni müğənnisi Zara Mqoyanın gəlişinə etirazlarını bildirmək üçün Mədəniyyət Nazirliyinə gedib, nazir və yaxud səlahiyyətli nümayəndələrin biri ilə görüşmək istəyiblər. Lakin Səbail rayonu polis əməkdaşlarının kobud müdaxiləsi nəticəsində etirazçılara nazirliyə daxil olmağa imkan verilməyib. QAT Qadınlar Şurası bəyan edib ki, nə qədər torpaqlarımız işğal altındadır, Xocalı soyqırımı öz ədalətli həllini tapmayanadək, kiçik Zəhraların qatilləri beynəlxalq tribunala verilməyənədək, hər hansı bir erməni əsillilərin Azərbaycana gəlişinə yol verilməməlidir.

Ölkə ictimaiyyətinin, xüsusən də qadınların etirazına baxmayaraq, erməni müğənninin gəlişini hətta bayran kimi qeyd edənlər də var. Bu yöndə bəzi mətbu orqanlar və Azərbaycan televiziyaları xüsusi cənfəşanlıq göstərir. Hətta xanım deputat Jalə Əliyeva az qala erməni müğənnisinin gəlişini “ATV”-nin efrinindən sevinərək səsləndirdi və bunu bir “tolerantlıq” nümunəsi kimi qiymətləndirdi. Halbuki, Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malik olduğunu göstərməklə həm də özümüzü aşağılayırıq. Görəsən, biz nə vaxt prinsipial millət, xalq olacağıq?! Biz nə vaxt özümüzü tapacağıq?”

Əslində, Azərbaycan xalqına qarşı cinayət törədən bir xalqın nümayəndəsinin, özü də vətəninivə millətini sevməyi ilə hər zaman fəxr edən bir erməninin Azərbaycana gəlməsi yolverilməzdir.

Maraqlıdır ki, erməni müğənninin gəlişinə sevinənlərin, bunu tolerantlıq nümunəsi kimi xalqa sırıyanların arxasında kimlər, hansı qüvvələr dayanır?

“Bu əhalini saymamazlıqdan irəli glən bir davranışdır”

“ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

Məsələ ilə bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri“Hürriyyət”ə dedi ki, bunun arxasında hansısa dövlət maraqları və yaxud hanısa qrup maraqlarının dayanıb-dayanmamasından asılı olmayaraq, bu hadisənin özü təqdirəlayiq bir hadisə deyil: “Çünki müəyyən ictimai mədəni xadimlərin qarşlıqlı səfərləri çərçivəsində bunun münaqişəyə müəyyən müsbət çalar gətircəyini kimlərsə düşünürlərsə, kobud səhv edirlər. Çünki erməni etnosunu tanıyanlar bilməmiş deyil ki, onlar o qədər çörəyi dizinin üstündə nankor bir xalqdır ki, barmağının beşini də bal edib, ağızalarına soxsan, barmaqlarının şirini gedən kimi dərhal sənə xəyanət edəcəklər. Ona görə də onlar üçün yalnız özlərinin maraqlarıdır. Bu maraqlar da başqa dövlətlərdən, millətlərdən torpaqlar oğurlamaqla, özlərinə böyük, dənizdən-dənizə Ermənistan dövləti yaratmaq xülyasıdır. Ona görə də Azərbaycan cəmiyyətinin, bütövlükdə dövlətin maraqlarına xidmət etməyən bu cür hadisələri mən Azərbaycan dövləti və xalqı adına bir təhqir hesab edirəm. Məsələ təkcə bunula yekunlaşmır. Bilirsiniz ki, bundan əvvəl də Azərbaycanın işğal olunmuş ərazisi olan Qarabağın dağlıq hissəsinə, Xankəndinə bir çox gürcü və rus müğənnilər səfər edib, konsertlə çıxış ediblər. Bundan sonra, həmin insanları yenidən Bakıya dəvət etməklə, bu milləti növbəti dəfə alçaldırlar. Bu gün erməni müğənninin Bakıya gətirilməsi nəyə xidmət edir? Əgər düşünürlərsə ki, bu sülhə xidmət edəcək bir addımdır, bu, insanları, əhalini saymamazlıqdan irəli glən bir davranışdır. Çünki bunun belə olmadığını hər kəs anlayır. Ona görə də ermən müğənninin Bakıya səfər etməsi milləti təhqir etməkdən başqa bir şey deyil.

Bu gün Ermənistanda 4 minə yaxın Azərbaycan əsiri var ki, hələ də kölə və qul vəizyyətində işlədilirlər. Bu insanları azad etmək əvəzinə, hansısa erməni müğənniləri hansısa maliyyə və yaxud qrup şəbəkəsinin maraqlarına uyğun olaraq Bakıya dəvət etmək bu milləti təhqir etməkdən başqa bir şey deyil”.

“Bu məsələ Azərbaycan dövlətinin və xalqının aşağılanmasıdır”

N. Miri hesab edir ki, bu məsələni yalnız dövlət başçısına qarşı çevrilmiş bir aksiya kimi qəbul etmək doğru deyil: “Məsələ fərdlər məsələsi deyil, məsələ dövlət və xalq məsələsidir. Bilirsiniz ki, bu məsələ Azərbaycan dövlətinin və xalqının aşağılanmasıdır. Azərbaycan dövləti və xalqı hər şeyin üstündədir. Ona görə də Azərbaycan dövləti və xalqının əleyinə həmin erməni müğənnini Bakıya gətirilməsini həyata keçirən qruplar məsuliyyət daşımalıdırlar. Başda prezident başda olmaqla, bu məsələnin hesabı sorulmalıdır ki, niyə bu cür addımlar atılır və xalq aşağılanır? Nədənsə biz Azərbaycan müğənnilərini, erməniləri aşağılayacaq başqa addımları biz Ermənistanda görmürük. Lakin Azərbaycanı aşağılayacaq bütün addımlar məhz Azərbaycanda atılır. Bu ölkədə buna məsul kimsə var, ya yoxdur? Kimsə bu məsələyə cavab verməlidir. Buyursunlar, Azərbaycan cəmiyyəti qarşısında hesab versinlər və xalqı inandırsınlar ki, bu addımlar nəyə xidmət edir. Nədənsə bununla bağlı heç kim hesab vermir. Bu hesab gec də olsa, sorulmalıdır. Əks təqdirdə düşünürəm ki, bu məsələ nə zamansa sosial partlayışlara gətirib çıxara biləcək səviyyədə təhlükə vəd edir”.

“Bu, Azərbaycan xalqının rəyi ilə hesablaşmamaq siyasətidir”

“BU HADİSƏNİN SƏBƏBİ YALNIZ SÖYÜŞ VƏ TƏHQİRDİR” - KEÇMİŞ MTN ZABİTİ

Keçmiş MTN zabiti İlham İsmayıl isə bildirdi ki, erməni müğənni Zaranın Bakıya gətirilməsinin arxasında Azərbaycan xalqını, mövcud ictimai rəyi vecinə almamaq, hesablaşmamaq faktı dayanır: “Bunun heç cür qəbul edilməməsidir ki, “siz kimsiniz ki, ay xalq, siz deyirsiniz ki, erməni Zara gəlməsin. Biz sizlə hesablaşmırıq”. Bütün məqsəd burada xalqı alçaltmaqdan başqa bir şey deyil. Əgər biz erməninin 20 faiz torpağını işğal etmiş olsaydıq, qalib biz olsaydıq, bura erməni qızları da gəlsin, burada rəqs edərdilər, bizimkilər də gedib, lap İrəvanda konset verərdilər. Çünki qalib xalq üçün bu, heç bir kompleks yaratmır. Yadınızda saxlayın ki, biz milət və dövlət olaraq faktiki şəkildə məğlubuq. Məğlub olduğumuz halda ictimai rəydə düşmənin müğənnisinin gəlməsini istəmirik. Özü də o müğənni ki o, “Maya Armeniya” oxuyur, Qarabağın əbədi Ermənistan torpaqları olduğunu deyir. Bu, o müğənnidir. Bütün bunlarla bərabər, o, bura gəlir və burada insanlarda qıcıq yaradır. İctimai rəy budur ki, o, gəlməsin, amma ictimai rəylə hesablaşılmır. Nəyə görə? Aydın məsələdir nəyə görə. İctimai rəylə indiyə qədər hesablaşılmadığı kimi düşmən məsələsində də hesablaşılmır. Gətirənlər də, gələnlər də hansı statusun sahibidirlər. Bu bəlli olduğuna görə, burada nə beynəlxaq nə də başqa bir məkr axtarmaq lazım deyil. Bu, Azərbaycan xalqının rəyi ilə hesablaşmamaq siyasətidir, başqa bir şey deyil”.

“İctimai rəylə hesablaşmaq ictimai rəyi formalaşdıra bilər”

“Niyə Azərbaycan xalqının rəyi ilə hesablaşılmır” sualına İ. İsmayıl belə cavab verdi: “İndiyə kimi hesablaşıblar ki?! Yox, heç nə ilə hesablaşmayıblar. Bəzən üsyan da olur. Məsələn, bir müdir, bir rayonun icra başçısı ilə bağlı deyirlər ki, qovulsun getsin. Deyirlər, yox. Onunla hesablaşmayın. Çünki ictimai rəylə hesablaşmaq ictimai rəyi fromalaşdıra bilər. Burada isə ictimai rəyin formalaşması qəti qadağındır”.

“Zaranın gətirilməsi dövlət siyasətidir, yoxsa bunun arxasında bir qrupun şəxri maraqları dayanır” sualını isə İ. İsmayıl belə cavablandırdı: “Hər halda siaysəti müəyyənləşdirən bir qrup məmur ola bilməz. Bu siyasət müəyyənləşirsə, görünür, dövlət, hakimiyyət tərəfindən müəyyənləşdirilib”.

“İstəyirlər ki, xalqın rəyi ilə hesablaşılmasın”

“Normalda bu prezidentə qarşı sobatjadır. Amma bu siyasəti indiyə qədər yeridənlər deyirlər ki, xalqla hesablaşmayanda hakimiyyət daha möhkəm, güclü olur. Xalqda xof yaranır. Xalq bilir ki, bundan sonra da hansısa bir məsələdə onun rəyi hesablanmayacaq. Ona görə, istər Qarabağ, istərsə də korrupsiya, rüşvət məsələsində bütövlükdə istəyirlər ki, hesablaşılmasın. Çünki onun tərəfləri var, icimai rəy çox istiqamətlərə yönələ bilər. İstəyirlər ki, bu istiqamətin heç biri ilə hesablaşılmasın. Çünki xalqın rəyi ilə hesblaşmaq gələcəkdə sözün həqiqi mənasında Konstitusiyada yazılan kimi “hakimiyyət xalqa məxsudur”, burada belə bir şey ola bilər. Burada isə belə bi şey yoxdur. Çörçil dayının dediyi sözlərdir, “xalqdan hakimiyyəti alıralar ki, bir də ona qaytarmasınlar”. Qarabağ Azadlıq Təşkilatı da, yaxud qadın təşklatları da ictimai rəydir. İstəyir sabahları bütün müxalif partyalar bəyanatlar versinlər, çıxsın 1-2 nəfər də özünü yandırsın onlarla hesablaşılmayacaq”,-deyə keçmiş MTN zabiti vurğuladı.//Hürriyyət

Hokm.az

  •  (0)
  •  (0)