Prezident və ailəsi təhdid və təhqir olunanda susanlar, öz “ağsaqqal”larına “toz qondurmurlar”!backend

Prezident və ailəsi təhdid və təhqir olunanda susanlar, öz “ağsaqqal”larına “toz qondurmurlar”!

Cənab Prezident İlham Əliyev avqustun 24-də yeni icra başçılarını videoformatda qəbul edərkən olduqca mühüm mesajlar verib.
Prezident qeyd edib: “İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir”.
Hörmətli Cənab Prezident!
Sizi əmin etmək istəyirəm ki, çox kiçik istisnalarla, azsaylı vicdanlı məmurları çıxmaqla, digər vəzifəli şəxslər Sizin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın istedadlı və dövlətə sədaqətli şəxslərin, gənclərin inkişafı, onların dövlət idarəçiliyində önə çəkilməsi üçün yaratdığınız geniş imkanları sabotaj etməklə məşğuldurlar. Təəssüflə qeyd etməliyəm ki, çox kiçik istisnalarla dövlət idarəçiliyində, gənclər sektorunda, media, mədəniyyət və digər sahələrdə dövlətə, onun rəhbərinə sədaqətlə, prinsipial şəkildə, keyfiyyətli formada xidmət edənlər deyil, ayrı-ayrı məmurlara yaxın istedadsız, bacarıqsız, düşüncəsi bu xalqdan və dövlətdən uzaq şəxslər önə çəkilirlər.
Bütün dövlət mükafatları bu adamlara verilir, bütün dövlət tədbirlərində bu adamlar süni şəkildə önə çəkilir. Sizə yalan təqdimatlar verilməklə, qarşınıza çıxarılır.
Ancaq məqam dövlət maraqlarını müdafiə etməyə, Sizə və ailənizə qarşı olan çirkin böhtan, təhqir və təhdidlərlə bağlı vətəndaş mövqeyi ortaya qoymağa çatdıqda bu adamların birini də tapmaq olmur. Bunların heç biri Azərbaycan dövlətinin milli maraqları təhdid altında olanda bir kəlmə belə demək ehtiyacı və cəsarəti hiss etmirlər. Ölkəmiz üçün bütün həssas dövrlərin qısa analizi aparıla və bu dövrlərdə bu şəxslərin davranışları təhlil olunarsa hər şey ortaya çıxar.
Ancaq vay o günə ki, bu istedadsız, xalqdan uzaq düşmüş insanları haqsız yerə önə çəkən “ağsaqqal” dedikləri məmurlar haqqında bir cümlə deyəsən… Bütün resursları, imkanları ilə üstünə gəlirlər…
Qısası, dövlət maraqları, Prezident və ailəsi təhdid və təhqir olunanda susanlar, öz “ağsaqqal”larına “toz qondurmurlar”!
Məqsəd birdir: Dövlətə və Sizə sədaqətlə xidmət edən insanları incik salmaq, onları küsdürmək və meydanı boş buraxmaq…
Amma unudurlar: Azərbaycan gəncliyi onların bütün xain planlarına və sabotajlarına baxmayaraq, dövlətçilik prinsiplərinə bağlı qalacaq, Ulu Öndər Heydər Əliyev ideyalarına və Sizin siyasi xəttinizə sonadək və ləyaqətlə xidmət edəcək!
Fərid Şahbazlı 
Editor.az informasiya portalı baş redaktoru
İslahatçı Gənclər İctimai Birliyi sədri

Hokm.az

  •  (1)
  •  (1)