Cənubi koreyalılar üçün “neçə yaşın var?” sualına cavab vermək asan deyil. Ona görə ki, bu ölkədə bu suala üç fərqli şəkildə cavab vermək olar.
Belə ki, ölkədə körpə doğulanda bir yaşında sayılır. Milad gələndə onların yaşına daha bir il əlavə olunur. Belə ki, dekabr ayında doğulan körpə bir neçə həftədən sonra iki yaşında hesab olunur. Lakin Cənubi Koreyanın yeni seçilmiş prezidenti Yoon Suk bu əsrlik yaş kalkulyatorunu yığışdırmaq üçün addımlar atır.
Bu iş üçün xüsusi olaraq təyin olunmuş Li Yon Ho Cənubi Koreyanı dünyanın qalan hissəsi ilə eyniləşdirmək üçün yaş hesablamasını standartlaşdırmağa çalışdığını söyləyib.