Prezident İlham Əliyev: Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririkbackend

Prezident İlham Əliyev: Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk

Münaqişə zamanı İndoneziya Azərbaycana dəstəyini ifadə etmişdir, bunu yüksək qiymətləndiririk.

Hokm.az bildirir ki, bunu Prezident İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan öz fəaliyyətində, atdığı addımlarda beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Biz işğal illəri ərzində İndoneziya tərəfindən Azərbaycana davamlı dəstəyin göstərilməsinə görə xüsusilə minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulmuşdur və Azərbaycanın haqq işini dəstəkləmişdir. Bu dəstək uzun illər ərzində nümayiş etdirilmişdir və münaqişənin həlli üçün bizim mövqeyimizi, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirmişdir. Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir. Biz buna görə sizə çox minnətdarıq. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir”.

  •  (0)
  •  (0)