Prezident İlham Əliyev, hər bir vədinin arxasında dayanan liderbackend

Prezident İlham Əliyev, hər bir vədinin arxasında dayanan lider

Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirsək görərik ki, bugünkü uğurlarımız birbaşa Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsidir.

Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə “Dəmir yumruq yerindədir” deyə erməni silahlılarına sonuncu xəbərdarlığını etmişdi.

Son 20 ilə yaxın dövrün qısa təhlili fonunda Azərbaycana hansı sahədən baxsaq ölkəmizin Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində davamlı uğurlara imza atdığını görərik. Çünki Cənab Prezident Azərbaycanın inkişafının təkmil modelini dünyaya təqdim etməklə beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi. Dövlətimizin başçısı bütün çıxışlarında, keçmiş məcburi köçkünlərlə görüşlərində əminliklə bu çağırışı etdi ki, biz heç vaxt işğalla barışmayacağıq. Torpaqlarımız azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi zəfər qazanaraq işğal altında olan ərazilərini azad etdi. Ardınca bir gün davam edən antiterror tədbirləri ilə Qarabağda separtizmə birdəfəlik son qoydu. Artıq Azərbaycan mərkəzi hakimiyyəti ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında müzakirələr aparılır.

Yuxarıda əbəs yerə hər bir vədinin arxasında dayanan lider sözünü qeyd etməmişəm. Bəli, budur əsl lider, budur əsl Prezident, budur xalqının arxasında yanan rəhbər.

Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu. 30 ilə yaxın dövrdə Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bu illər ərzində Ermənistan və onun havadarları qondarma qurumu tərəf kimi danışıqlar prosesinə cəlb etməyə cəhdlər etsələr də Azərbaycanın cavabı bu oldu ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Bu gün İlham Əliyevin sayəsində xoşbəxt ölkəyik və bu millətə əsl xoşbəxtliyi bəxş edən Müzəffər Ali Baş Komandandır. İşğalda olan torpaqların tamamının düşmən tapdağından azad olunması məs onun güclü lider olmasının nəticəsidir.

Biz qalib ölkəyik! Biz xoşbəxt millətik!

Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Həsənov Röyal Qənbər oğlu
Mühəndis-Topoqraf, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü

  •  (6)
  •  (0)