Prezident İlham Əliyev Gəncəyə edilən hücumla bağlı: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”backend

Prezident İlham Əliyev Gəncəyə edilən hücumla bağlı: “Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”

Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!

Hokm.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Twitter hesabında yazıb.

Dövlət başçısı bildirib: “Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır”.

  •  (1)
  •  (0)