Prezident İlham Əliyev: “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir”backend

Prezident İlham Əliyev: “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir”

Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir.

Hokm.az bildirir ki, bunu Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində olarkən deyib.

Dövlət başçısı bildirib:

“Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”.

  •  (1)
  •  (0)