Prezident Administrasiyasında islahatlar: Nağdəliyevin 5 əməkdaşı İŞDƏN ÇIXARILDIbackend

Prezident Administrasiyasında islahatlar: Nağdəliyevin 5 əməkdaşı İŞDƏN ÇIXARILDI

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb. 

Hokm.az bilidirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, şöbənin əməkdaşları – Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və  Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.

Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

  •  (1)
  •  (0)