Prezident 4 TVİT ATDIbackend

Prezident 4 TVİT ATDI

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvitter hesabında paylaşımlar edib.

Hokm.az prezidentin fikirlərini təqdim edir:

“Biz reallıqları dəyişdik. İndi ermənilər bunları nəzərə almalıdır. Bu, bizim torpaqdır, bu, ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir”.

“Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

“Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır”.

“Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik və bunu görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır”.

  •  (7)
  •  (2)