“Premium Bank”ın gəlirləri azalıb, kredit portfeli kiçilibbackend

“Premium Bank”ın gəlirləri azalıb, kredit portfeli kiçilib

“Premium Bank” ASC bu ilin I yarımilliyini 8 milyon 225 min manat mənfəətlə başa vurub.

Hokm.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8.2% çoxdur.

Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 22 milyon 874 min manat (illik müqayisədə 9.2% az), xərcləri 22 milyon 383 min manat (1.4% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Premium Bank”ın aktivləri 666 milyon 88 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2% çoxdur. Bunun 524 milyon 483 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 8% kiçilib.

“Premium Bank”ın öhdəlikləri 1% artaraq 477 milyon 723 min manat, kapitalı isə 4.4% artaraq 188 milyon 365 min manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.

  •  (0)
  •  (1)