Praktik Jurnalistika Məktəbi onlayn təlim-kurslarına başlayırbackend

Praktik Jurnalistika Məktəbi onlayn təlim-kurslarına başlayır

“Correct.az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Praktik Jurnalistika Məktəbi yaxın günlərdə gənc jurnalistlərin yetişdirilməsini hədəfləyən ödənişsiz onlayn təlim-kurslarına start verir.

Sentyabr-dekabr ayları ərzində 16 həftə davam edəcək təlim boyu iştirakçılar onlayn medianın xarakterik xüsusiyyətləri, ekstremal jurnalistika, media hüququ sahəsində biliklər əldə edəcəklər. Təlim Azərbaycanda fəaliyyət göstərən təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılacaq.

Təlim dövründə nəzəri biliklərə deyil, əsasən praktik jurnalistikaya üstünlük veriləcək. Müsahibələrin alınması, reportajların, araşdırma yazılarının hazırlanması, fotoreportajların incə məqamları, ekstremal şəraitdə jurnalistlərin davranışları, peşə etikası jurnalist olmaq arzusunda olanlara aşılanacaq. Təlim iştirakçılarının hazırladığı materiallar müxtəlif media orqanlarında dərc olunacaq və kursu bitirənlər sertifikatla da təltif ediləcəklər.

Peşəkarlığı ilə fərqlənən materialların müəlliflərinə qonorar nəzərdə tutulub.

Təlimdə iştirak etmək arzusunda olan, jurnalistikaya maraq göstərən, ali təhsilli (xüsusi istedadlılara ali təhsil şərti istisna ola bilər), 30 yaşa qədər olan gənclər öz CV-lərini 25 avqust 2020-ci il tarixinə qədər aşağıdakı elektron poçt ünvanına təqdim edə bilərlər:

E-mail: [email protected]
Telefon nömrəsi: 050 516 52 51 070 711 14 94

  •  (2)
  •  (1)