Postpandemiya dövründə “qocalar evi”backend

Postpandemiya dövründə “qocalar evi”

Hər bir dövlətin daxili siyasətinin əsas istiqamətlərindən biri sosial siyasətdir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir.

Müasir Azərbaycanın sosial siyasətinin formalaşmasının əsasları Ümumillilider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmişdir. Bu siyasətin əsasını əhalinin bütün qruplarının ədalətli sosial təminatının həyata keçirilməsi təşkil edir.

Bu baxımdan Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Müharibə və Əmək Əlilləri üçün pansionat, xalq arasında “qocalar evi” kimi tanınan müəssisəsində son aylarda baş verən müsbət dəyişikliklər təqdirə layiqdir. Dəyişikliklər Nazirlik tərəfindən pansionata təyin olunan  Samirə Mehtiyevanın rəhbərliyi ilə həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olmuşdur.

Dünyada baş verən pandemiya vəziyyəti, ölkəmizdə karantin sistemi nəzərə alınaraq pansionat tam qapalı vəziyyətə keçmiş, orada yaşayan və müalicə olunan şəxslərin ərzaq təminatı, göstərilən tibbi xidmət və istirahətinin təşkili səviyyəsində müsbət istiqamətdə dəyişikliklər olmaqdadır.
Son iki ildə bu müəssisə ilə daimi əlaqə saxlayaraq gedişatı yaxından izləyirəm. Son aylarda baş verən müsbət dəyişikliklərin, tənha yaşlılara qayğı və dəstəyin, sosial xidmətlərin səviyyəsinin artırılmasının şahidiyəm.

Tənha yaşlılara göstərilən sosial xidmətlərin səviyyəsinin artırılması cəmiyyətimizdə yüksək mənəvi dəyərlərin, eyni zamanda, milli həmrəyliyin əyani təcəssümüdür.

Tarix üzrə fəlsəfə doktoru – Elman Mirzəyev
Hokm.az

  •  (5)
  •  (1)