Portuqaliyada koronavirusa qarşı peyvənd vurulan tibb bacısı ölüb – FOTObackend

Portuqaliyada koronavirusa qarşı peyvənd vurulan tibb bacısı ölüb – FOTO

Portuqaliyada koronavirusa qarşı peyvənd vurulan qadın ölüb.

Hokm.az baku.ws-ə istinadən xəbər verir ki, “Pfizer-BioNTech” tərəfindən hazırlanmış koronavirus peyvəndi Portuqaliyada 41 yaşlı tibb bacısı Sonia Acevedoya vurulub. İynə vurulandan 2 gün sonra qadının halı pisləşib və o ölüb.

Araşdırmalar zamanı Sonia Acevedonun əvvəllər allergiyasının olmadığı məlum olub. Bundan əlavə, qadının heç bir xəstəliyinin olmadığı da bildirilib.

Vəfat edən qadının atası Abilio Acevedo bildirib ki, qızı tam sağlam olub.

“Qızım tam sağlam idi. Səhhətilə bağlı problemləri olmayıb. COVİD-19-a qarşı peyvənd olunduqdan sonra heç bir reaksiya vermədi. 2 gün sonra qəflətən öldü. Onun ölümənə nə səbəb olub? Mən bunu bilmək istəyirəm”, – deyə ata fəryad edib.

  •  (0)
  •  (0)