Pompeo Putinlə görüşəcəkbackend

Pompeo Putinlə görüşəcək

ABŞ dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Mayın 12-14-də dövlət katibi Pompeo Moskva və Soçiyə səfər edəcək.

Mayın 13-də Moskvada Mayk Pompeo Rusiyadakı ABŞ səfirliyinin nümayəndələri, amerikalı iş adamları ilə görüşlər keçirəcək. Dövlət katibi Moskvadakı “Naməlum əsgər” abidəsini də ziyarət edəcək.

ABŞ dövlət  katibi mayın 14-də Soçidə xarici işlər nazir Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflərin ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edəcəyi gözlənilir. (ona.az)

Hokm.az

  •  (0)
  •  (0)